Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Məktəbin inkişaf planı”nın hazırlanmasına dair görüş keçirilib.

 

Görüşdə Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov, direktor müavinləri Zaur Balaqadaşov və Turan Zəkəriyəyeva, Təhsil İnstitutu Müəllimlərin Davamlı Peşəkar İnkişafı Mərkəzinin müdiri Nigar Əhmədzadə, Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov, TDM-in metodisti Xəzər Əkbərli iştirak ediblər.

 

Görüşün keçirilməsində məqsəd ümumi təhsil məktəblərində metodiki işin təşkilinə birgə dəstək vermək, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərməkdən ibarətdir.

 

Görüşdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiya etdiyi məktəblərdə metodiki işin vəziyyəti və problemlərin həlli istiqamətində müzakirə aparılıb.

 

Görüş zamanı “Məktəbin inkişaf planı”nın sxemi və strukturuna dair fikir mübadiləsi aparılıb.