7 yanvar saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı dünya şöhrətli professor, tədqiqatçı, yazıçı, beynəlxalq bestseller müəllifi Filip Kotlerdir. Dünyada “Müasir marketinqin atası” olaraq tanınan Filip Kotler ilə təhsildə brendləşmə barədə danışılacaq.


Filip Kotler 50 ildən çox müddətdə Norsvest Universitetinin Kellogg Menecment fakültəsində dərs deyib. Professorun “Marketinqin idarə olunması” kitabı dünyada ən çox istifadə edilən marketinq dərsliyidir. Dünyanın 22-dən çox universitetinin fəxri adlarına layiq görülüb.


80 kitabın, o cümlədən, 150-dən çox elmi məqalənin müəllifidir. 


Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “ T-Network” platformasınının təşkilatçılığı ilə  davam edən proqram Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.