Bakı Slavyan Universitetinin (BSU)  rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev universitetin bir qrup tələbəsi və əməkdaşı ilə görüşüb.

 

Görüşdə tələbələr və əməkdaşlar BSU-dakı ictimai fəaliyyətləri, gələcək planları barədə danışıb, həmçinin şəffaf və obyektiv keçirilən payız semestrinin qış imtahan sessiyası ilə bağlı təəssüratlarını bölüşüblər.

 

BSU-nun magistrantı Sevinc Fomenko, təhsil fakültəsindən Günel Nağıyeva, xarici dil müəllimliyi fakültəsindən Elgün Məhyəddinli, humanitar və sosial elmlər fakültəsindən Aytac Bayramova, filologiya fakültəsindən Aytəkin Səmədzadə, tərcümə fakültəsindən Leyla Seyidova təhsildə qazandıqları nailiyyətlərə, universitetin ictimai həyatında fəal iştiraklarına, humanitar və sosial elmlər fakültəsindən Nizami Xəlilov və Güllər Həsənova gənc könüllülər hərəkatında xüsusi fəallıqlarına, Tədrisin təşkili və tədris resursları şöbəsinin mütəxəssisi Zümrüd Yolçuyeva, Azərbaycan tarixi və ictimai elmlər kafedrasının laborantı Elza Məmiyeva nümunəvi fəaliyyətlərinə görə  sertifikatla təltif ediliblər.