Bu gündən 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə  2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək. 
 
Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.