Bakı Ali Neft Məktəbinin Xətai korpusu yeni Ağ şəhər korpusuna köçüb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
Qeyd olunub ki, korpus əvvəllər Xətai rayonu, Ağ şəhər 1-ci Xəzər küçəsi 5 ünvanında Bakı Fransız Liseyinin yerləşdiyi binaya köçüb.
 
Yeni korpusda Bakı Ali Neft Ali Məktəbinin Davamlı təhsil fakültəsi, İngilis dili və humanitar fənlər mərkəzi fəaliyyət göstərəcək.