Süni intellektin mürəkkəbliklərini və etik nəticələrini dərk etməklə onun təhsili dəyişdirmək potensialından faydalanmaq mümkündür. Lakin təhsildə süni intellekt potensialından məsuliyyətlə istifadə etmək üçün üç əsas məqamı nəzərə almaq çox vacibdir. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülletenin iyul ayı üçün hazırlanmış sayında yer alıb. 
 
Birincisi, pilot tədqiqatlar və təsirlərin dəyərləndirilməsi vasitəsilə ciddi qiymətləndirmə onların real dünya kontekstlərində effektivliyini və miqyasını təmin etmək üçün vacibdir. Çünki perspektivli Aİ təşəbbüsləri olsa da, bir çoxu hələ ilkin mərhələdədir.
 
İkincisi, təhsilalanlar arasında süni intellekt üzrə savadlılığın artırılması mühümdür. Məsələn, Uruqvay, 6-cı sinifdən başlayaraq süni intellekt üzrə təhsili kurikuluma inteqrasiya etmək niyyətindədir. Bunun üçün Aİ-ni müəyyən edən və təlim məqsədlərini təyin edən Aİ tədrisi üçün Ceibalin Referans çərçivəsini işləyib hazırlayıb. Hazırlanan Ceibalin Referans Çərçivəsi təhsil kontekstləri daxilində süni intellekt anlayışını aydınlaşdırmaq və tələbələr üçün aydın təlim məqsədləri yaratmaq üçün nəzərdə tutulub. Belə ki, Ceibalin Aİ tədrisi üçün İstinad çərçivəsi Uruqvaylı təhsilalanları gələcəkdə süni intellekt üzrə irəliləyişləri qiymətləndirmək, ondan düzgün istifadə etmək üçün zəruri olan əsas bacarıqlar və etik anlayışlarla təchiz etmək məqsədi daşıyır.
 
Üçünçüsü, Süni intellekt təhsili təkmilləşdirmək üçün böyük potensiala malik olsa da, təkrarlanmamaq üçün keçmiş təcrübələrdən öyrənmək çox vacibdir. Çünki Aİ-nin təhsilə inteqrasiyasına diqqətli və düşünülmüş yanaşma mühümdür.
 
Pedaqoqlar və süni intellekt
 
Süni intellekt müəllimlərə işə qəbuldan tutmuş onların peşəkar inkişafına, bütün karyeraları boyu dəstək verǝn innovativ alətlər və həllər təqdim edir ki, bu da, müəllim peşəsini dəstəkləyir. Məsələn, Latın Amerikası və Karib hövzəsində süni intellekt dörd əsas sahədə əhəmiyyətli təsir göstərir.
 
- Birincisi, Çilinin "Quiero Ser Profe" proqramında göründüyü kimi fərdiləşdirilmiş məlumat və dəstək təmin etməklə müəllimlərin işə qəbulu prosesini asanlaşdıran süni intellektlə işləyən chatbotlardır.
 
- İkincisi, TeachFX kimi süni intellektlə işləyən əks əlaqə vasitələri müəllimlərə tədris metodlarını təkmilləşdirməyə kömək edir.
 
- Üçüncüsü, vaxta qənaət edən süni intellekt alqoritmləri dərs planlarının və təhsil məzmununun yaradılmasına kömək edir.
 
Hesabatda həmçinin Ekvadorun "Quiero Ser Maestro" kimi süni intellektlə işləyən mərkəzləşdirilmiş müəllim təyinat sistemlərinin müəllimləri ixtisas və üstünlüklərə əsaslanan vakansiyalara uyğunlaşdırmaq üçün alqoritmlərdən istifadə etdiyi öz əksini tapır. Bu yanaşma müəllimlərin yerləşdirilməsini optimallaşdırmaqla, həm fərdi müəllimlərə, həm də ümumi sistemin səmərəliliyinə fayda verməklə resursların ədalətli bölüşdürülməsindəki problemləri həll edir.
 
Eyni zamanda, Çilinin "UmmIA" və ABŞ-in MagicSchool.ai kimi süni intellekt tətbiqləri müəllimlərə daha uyğunlaşdırılmış, effektiv və cəlbedici dərslər keçirməyə imkan verir. Bundan əlavə, süni intellektin müəllimlər üçün digər üstünlükləri, məsələn: qiymətləndirmə, uçotun aparılması kimi inzibati vəzifələrin avtomatlaşdırılması, müəllimlərin iş yükünün azaldılması; müəllimlərin tədrisə və mentorluğa daha çox diqqət yetirməsi hesabatda qeyd olunur. Həmçinin daha yaxşı təhsil nəticələrinin əldə edilməsində süni intellekt tətbiqləri təkcə müəllimin səmərəliliyini və effektivliyini artırmır, həm də müəllimlərə təhsilalanların müxtəlif ehtiyaclarını daha effektiv şəkildə həll etməyə imkan verir.
 
Təhsilalanlar və süni intellekt
 
Süni intellekt şagirdlər üçün öyrənmə təcrübəsində inqilab edir. Bunu fərdiləşdirilmiş öyrənməyə imkan verməklə, uyğunlaşdırılmış dəstək göstərməklə və sinif tapşırıqlarını təkmilləşdirməklə həyata keçirir. Latın Amerikası və Karib hövzələrində fərdi şagird ehtiyaclarını, üstünlüklərini va tempini təmin etmək üçün süni intellektlə işləyən adaptiv öyrənmə platformaları, intellektual repetitorluq sistemləri və generativ süni intellekt alətləri istifadə olunur. Hesabatda Ekvadordakı ALEKS kimi süni intellektlə işləyən repetitorluq sistemləri haqqında da məlumat yer alır. Vurğulanır ki, bu sistem fərdiləşdirilmiş təlimat və real vaxt rejimində ray təmin etməklə şagird performansında əhəmiyyətli irəliləyişlər göstərib. Lakin bu vasitələrin effektivliyinə baxmayaraq, onlar insanların öyrənmə üsulları ilə uyğunlaşmasını təmin etmək və məlumat məxfiliyi, qərəzlilik kimi problemləri həll etmək üçün tahsil ekspertlarinin rəyi ilə hazırlanmalıdır.
 
ChatGPT kimi generativ süni intellekt alətləri də hesabatda öz əksini tapır. Bu alətlər şagirdlər tərəfindən tapşırıqlar üçün istifadə olunur ki, bu da akademik dürüstlüklə bağlı narahatlıqları artırır. O da qeyd olunur ki, fırıldaqçılıqla mübarizə üçün süni intellekt aşkarlama vasitələri istifadə edilsə də, onlar qüsursuz deyil və müəllim-şagird münasibətlərinə zərər verə bilər. Odur ki, müəllimlər yüksək səviyyəli düşüncə və orijinallığı inkişaf etdirərək, süni intellektin imkanlarından kənar bacarıqlara diqqət yetirmək üçün tədris strategiyalarını, qiymətləndirmə metodlarını uyğunlaşdırmağa təşviq edilməlidir. Bu istiqamətdə məsuliyyətli olan müəllimlər şagirdlərin fəallığını artıra, təlim nəticələrini yaxşılaşdıra və şagirdləri süni intellektin təhsilin ayrılmaz hissəsi olduğu gələcəyə hazırlaya bilərlər. 
 
Təhsil idarəçiləri və süni intellekt
 
Hesabatda qeyd olunur ki, süni intellekt təhsil idarəçiliyini təkmilləşdirir, inzibati tapşırıqları sadələşdirir, məlumatlara əsaslanan qərarları dəstəkləyir və resursların bölüşdürülməsini optimallaşdırır. Süni intellektlə işləyən təhsil idarəçiləri qeydiyyat, 7/24 şagird dəstəyi və əməliyyatların avtomatlaşdırılması kimi vəzifələri yerinə yetirə bilərlər. Belə ki, Uplanner və DRUID kimi alətlər süni intellektin şagird uğurunun planlaşdırılmasında və sinif idarəçiliyində potensialını göstərə bilir. Eyni zamanda, DRUID təhsilalanlara xidmət göstərmək üçün tələb olunan vaxta 60%-ə qədər qənaət etdiyini və yaxın gələcəkdə universitet proqramlarının 55%-ni dəstəkləyəcəyini iddia edir. Bu da, təhsilin əlçatanlığını artırmaq və peşəkar heyətin daha strateji rollara diqqət yetirməsi üçün əhəmiyyətlidir.
 
Erkən Xəbərdarlıq Sistemləri (EWS) əlavə dəstək tələb edən şagirdləri aşkara çıxarmaq üçün akademik performans və davranış nümunələrinin təhlilini aparmaqla, təhsili tərk etmək riski olan şagirdləri müəyyən edir. Həmçinin, EWS-nin effektivliyi Təhsil İdarəetmə İnformasiya Sistemləri (EWS) ilə inteqrasiyadan asılıdır. EWS ilə toplanmış məlumatların keyfiyyətinin və məxfiliyinin qorunması vacibdir. Çili, Peru və Uruqvayda EWS kimi süni intellekt artıq tətbiq edilib.
 
Hesabatda o da bildirilir ki, süni intellektə əsaslanan mərkəzləşdirilmiş təyinat mexanizmləri, geoməkan xəritələşdirilməsi optimal şagird yerləşdirməsini və resurs istifadəsini təmin edə bilər. Çünki, süni intellektin inkişafı təhsil sahəsində tələbə nəticələrini və əməliyyat səmərəliliyini artırmaq üçün geniş imkanlar təklif edir.
 
Lakin təhsildə süni intellekt texnologiyaları yayıldıqca siyasətçilər, müəllimlər və icmalar üçün çevik və etik keçidi təmin etmək vacibdir. Bu da infrastruktura investisiya, əhatəli müəllim hazırlığı və etik mülahizələrin həllini tələb edir. Həmçinin müəllimlərin texniki bacarıqlarla yanaşı süni intellektin kurikuluma inteqrasiyası üzrə hazırlanması da vacibdir. Qeyd edək ki, dövlət-özəl tərəfdaşlıq (PPP) və çoxtərəfli əməkdaşlıq süni intellektin təhsildə inkişafını və tətbiqini sürətləndirə bilər.