TESS teleskopunun materialları əsasında Yerdən 104 və 133 işıq ili məsafədə yerləşən və TOI-5713 ulduzları ətrafında ekzoplanetlər aşkar olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, hər iki planet öz ulduzunun həyat zonasında yerləşir.
 
TESS kosmik teleskopu vasitəsilə Günəş ətrafında 200 000-dək obyekt qeydə alınıb. Onlardan 7200-ü ekzoplanet olmağa namizəddir, 543-nün isə ekzoplanet olması təsdiqlənib.
 
Tapılmış iki ekzoplanetdən TOI-6002b-nin kütləsi Yerdən 3.8 dəfə, radiusu isə 1.65 dəfə çoxdur. Planet Günəşindən 0.06 a.v (a.v – Yerlə Günəş arasındakı məsafə), yəni 9 milyon km məsafədədir, ulduz ətrafında 10.9 günə dövrə vurur və orta temperaturu 48º C -dir. TOI-5713b ekzoplaneti isə təxminən 4.3 Yer kütləsi ağırlığındadır. O da öz ulduzundan 0.06 a.v məsafədə yerləşir, orta temperaturu 74º C -dir.
 
Tədqiqat qrupu planetlərin kütləsini böyük xəta ilə təyin etdiyindən, onların kimyəvi tərkibini müəyyən etmək mümkün olmayıb. Bu səbəbdən hələki onların Yer tipli və ya su ilə zəngin dünyalar olması məlum deyil.
 
Əlavə olaraq TOI-6002b Yerdən 1.7, TOI-5713b 2,4 dəfə çox enerji aldığı üçün onlar həyat zonasının daxili kənarına düşürlər. Bu isə onları qırmızı cırtdan ulduzların ətrafında yaşanıla bilən isti ekzoplanetlər kimi maraqlı tədqiqat obyektinə çevirir.
 
Tədqiqat işi ilə bağlı məqalə çapa təsdiq olunumuş və arxiv.org serverində yerləşdirilmişdir.