Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

 

AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 manatdan 250 manatadək artırılıb.

 

Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir