Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Türkiyənin Eskişehir Texniki Universitetinin (ESTU) rektoru, professor Tuncay Döğeroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə Ə.Muradov UNEC-in tədris prosesi, akademik heyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. O, UNEC-in dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini, ikili diplom, mübadilə və birgə diplom proqramları həyata keçirdiyini diqqətə çatdırıb.

 

Rektor Tuncay Döğeroğlu Eskişehir Texniki Universitetinin təhsil imkanları barədə məlumat verdikdən sonra, hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub.

 

Müzakirələrdən sonra UNEC ilə Eskişehir Texniki Universiteti arasında Dizayn ixtisası üzrə ikili diplom proqramına dair müqavilə imzalanıb.