Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının tələbələri - Sevinc Yaqubzadə, Şahnaz Məmmədova və Ömər Ələsgərovdan ibarət “SABAH- 1” komandası Tbilisidə keçirilən “Open Southern Caucasus Championship 2022” olimpiadasında iştirak edib. AzTU ilə yanaşı, UFAZ, ADNSU və ADA universitetinin də iştirak etdiyi olimpiadada tələbələr fərdi və komanda şəklində yarışıb.

 

Sonda “SABAH- 1” komandasının üzvlərinə sertifikat və hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, komanda 2021-ci ildə keçirilən ICPC Azərbaycan Regional müsabiqəsində uğurla iştirak edərək olimpiadaya vəsiqə qazanıb.