Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) teatr sənəti fakültəsinin tələbələri “Cənnətim Qarabağ” bədii qiraət müsabiqəsində iştiraklarına görə təltif olunublar.

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutan, Azərbaycan bədii fikrinin görkəmli siması, şair və xeyriyyəçi Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinə həsr olunmuş müsabiqədə fakültənin II kurs tələbəsi Elməddin Zakirli, II kurs tələbələri- Rüstəm İbrahimov, Aydan Bağırova, Yusif İsmayılov və Könül Nəzərova iştirak ediblər.