Koreyanın İNHA Universitetinin dekan müavini Seungwoo Han, Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında ikili diplom proqramının layihə direktoru Hyunjin Yang Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.

 

UFAZ-ın direktoru Vazeh Əsgərov qonaqlara universitetdəki tədris prosesi və proqramlar haqqında ətraflı məlumat verib və bu il UFAZ-ın ilk magistr tələbələrinin məzun olduqlarını qeyd edib.

 

Görüşdə ikili diplom proqramlarının ölkənin kadr potensialına faydaları, təqaüd və təcrübə proqramları, elmi tədqiqatlar sahəsində əməkdaşlıq perspektivləri barədə ətraflı müzakirələr aparılıb.