Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova, mərkəzin mütəxəssisi Ramin Əkbərov, İnformasiya texnologiyaları və sistemləri kafedrasının assistenti Rəna Cəbrayılova və SABAH Mərkəzinin rəhbəri Pərvin Quliyeva Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində fəaliyyət göstərən SABAH.lab Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən Baku ID Summer 22 (Bakı İnvestisiya Günü) tədbirində iştirak ediblər.   

 

Tədbirdə ən yaxşı startap layihələrlə tanışlıq keçirilib, yerli və beynəlxalq investorlar, mentorlar, ekspertlər qlobal ekosistemə töhfə verən hər kəslə bir araya gələrək innovasiya ekosisteminin gələcəyini müzakirə ediblər.  

 

Startap ideyaların dinlənilməsi, panel müzakirələr formatında keçirilən tədbirdə beynəlxalq dərəcəli israilli startap və akselerasiya eksperti Tal Catran ilə AzMİU  əməkdaşları arasında onlayn müzakirələrdən sonra tanışlıq olub.

 

Tədbir startapların investorlarla təqdimatı formatında davam edib.