Azərbaycan Beynəlxalq Bankının (ABB) İnnovasiyalar Mərkəzində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün “Marketinqin startaplarda əhəmiyyəti” adlı təlim keçirilib.

 

AIESEC Azərbaycan Gənclər Təşkilatının və ABB ASC-nin tərəfdaşlığı ilə keçirilən təlimdə ABB-nin Brendin idarəedilməsi şöbəsinin müdiri Rəşad Cümşüdov, SABAH.lab startap akselerasiya mərkəzinin kontent və SMM meneceri Leyla Rüstəmova, Bookshifa startapının baş marketinq inzibatçısı Əli Qafarov tələbələrə təmsil etdikləri sahələr üzrə ətraflı məlumat veriblər.

 

Təlim “Hər şey gələcək üçün!”, “Startapı necə qurmaq olar?”, “Liderlik bacarıqları” mövzusunda panel müzakirələrlə davam edib.

 

Sonda AIESEC Azərbaycan təşkilatının lokal komitə üzrə marketinq direktoru Nicat Tahirli və lokal komitə üzrə korporativ satış direktoru Sultan Abdullayev tərəfindən vorkşop təşkil olunub.

 

Bu barədə UNEC-dən bildirilib.