Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və ictimai münasibətlər ixtisasının bu ilki məzunu Duyğu Məmmədova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüdlə Böyük Britaniyanın University of Strathclyde təhsilini “Master Science in Public Policy” olaraq davam etdirəcək.

 

Akademiyanın Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə digər məzunu İbrahim Hüseynli Böyük Britaniyanın nüfuzlu universitetlərindən “The University of Leeds”-dən magistr dərəcəsi üzrə “Public and Social Policy” ixtisasına qəbul olunmuş və təhsilini “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüdlə davam etdirəcək.