Mingəçevir Dövlət Universiteitinin (MDU) Tədris şöbəsinin təşkilatçılığı ilə təhsil, mühəndislik, iqtisadiyyat və idarəetmə fakültələrində, Magistratura və Doktorantura Təhsil Mərkəzində təhsil alan tələbələr üçün təhsil tələbə krediti barədə məlumatlandırıcı görüşlər keçirilib.

 

Görüşlərdə MDU-nun Tədris şöbəsinin əməkdaşları təhsil tələbə kreditinin növləri və onlardan istifadə hüququ, kreditin verilməsinə dair tələblər, tətbiq edilən güzəştlər və müraciət proseduru haqqında ətraflı məlumatlar verib və təqdim olunan sualları cavablandırıblar.