“Təhsilim gələcəyimdir” adlı layihə Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsi” üzrə qalib olub.

 

Yevlax rayonunun kənd məktəblərində həyata keçiriləcək layihənin məqsədi rayonda yerləşən məktəblərdən 15 nəfər şagird və 15 nəfər valideynin iştirakı ilə təhsilin əhəmiyyəti, uşaq hüquqları, erkən nigahın fəsadarı, uşaqların təhsilində valideynin rolu mövzularında 35 saatlıq təlim, storitelinq və forum teatrın keçirilməsini təmin etməkdir.

 

Bu təlimlər nəticəsində valideynlərin övladlarının hansı hüquqlara sahib olduğu, bu hüquqları pozduğu halda məsuliyyətə cəlb olunacağı, erkən nigaha cəlb edilmiş, məktəbi bitirə bilməyən övladlarının yaşayacağı çətinliklər haqda bilgiləri artacaq.

 

Qeyd edək ki, layihənin əsas tərəfdaşı Ritual mobil teatr laboratoriyasıdır. Layihənin müddəti 4 aydır, rəhbəri isə Vəfa Fərəclidir.