“Gəncliyə dəstək” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfərə aparan vətənpərvərlik” layihəsi çərçivəsində 15 gəncin iştirakı ilə təlim keçirib.

 

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli bildirib ki, tədbirdə Zərdab rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Məleykə Hümbətova, hərbi hazırlıq müəllimi Rüfət Cəfərov iştirak ediblər.

 

Gənclərin Vətən müharibəsi qazisi Hacı Orucovla görüşü təşkil olunub,  gənclərə müharibə xatirələrindən bəhs edən qazi onların suallarını da cavablandırıb.   

 

Təlimin davamı olaraq gənclərin Bakıya səfəri nəzərdə tutulub.

 

Layihə 3 ay olmaqla Zərdab rayonunda həyata keçiriləcək.

 

Layihənin məqsədi qələbənin təbliği, gənclər arasında vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsidir.