Gənclər və idman naziri tələbələrlə görüşüb


Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri ilə görüşüb.

 

ADPU-dan bildirilib ki, görüşdə gənclərin asudə vaxtının təşkili üçün imkanlar, Tələbə Gənclər Təşkilatının fəaliyyəti, qeyri-formal təhsil alətlərinin tətbiqi, tələbələrin dərsdən sonrakı məşğulluğu, idman oyunlarının keçirilməsi və s. mövzularda onların  fikirləri, çətinlikləri və təklifləri dinlənilib.

 

Görüşdə nazir müavini Marina Vasileva və Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev iştirak ediblər.  

 

Qeyd edək ki, “Gənclərlə dialoq platforması” layihəsi çərçivəsində nazir Fərid Qayıbov gənclər təşkilatları, tələbələr, həmçinin regionlarda yaşayan gənclərlə müntəzəm görüşlər keçirir. Görüşlərin əsas məqsədi gənclərlə fikir mübadiləsi aparmaq və onların qarşılaşdıqları çətinliklərin birgə həll yollarını müəyyən etməkdir.