Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı  Zonguldak Bülent Ecevit Universitetinin rektoru, professor İsmail Hakkı Özölçer və “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin  Azərbaycan rəhbəri Halil Buğra Yavuz və nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə ADNSU-dakı tədris prosesi, görülən işlər, əməkdaşlıq əlaqələri və yeni layihələr haqqında qonaqlara ətraflı məlumat verilib. Rektor M.Babanlı, həmçinin Zonguldak Bülent Ecevit Universiteti haqqında danışıb,  bu ali təhsil müəssisəsi ilə enerji sahəsində əməkdaşlığın xüsusilə əhəmiyyətli olduğunu, yeni müştərək layihələrin hər iki təhsil ocağına böyük uğurlar vəd etdiyini bildirib.

 

Görüşdə Zonguldak Bülent Ecevit Universitetinin rektoru, professor İsmail Hakkı Özölçer və “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin Azərbaycan rəhbəri Halil Buğra Yavuz çıxış ediblər. Çıxışlarda əməkdaşlıqda yeni perspektivlərdən bəhs olunub. Professor İsmail Hakkı Özölçer Azİİ təcrübəsinin önəmindən danışıb və universitetlə əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb.

 

Sonda tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədi ilə Əməkdaşlıq memorandumu imzalayıblar.