Azərbaycan Texnologiya Universiteti (UTECA) Basketbol İnkişaf Kuboku üzrə Gəncə şəhərinin açıq çempionatının liqa yarışlarında təmsil olunacaq.


Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, “Telekom” Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək yarış dekabrın 16-dan start götürəcək.
 

Şəhərin idarə və müəssisələrinin, idman təşkilatlarının, ali məktəblərin iştirakı ilə keçiriləcək liqa yarışları may ayına qədər davam edəcək. Yarışlar UTECA-nın idman zalında təşkil olunacaq.


Yekunda qalib komandalar kubok, medal, qiymətli hədiyyələr və Fəxri fərmanla təltif olunacaq.