Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin  təşkilatçılığı ilə “Sabahına hazır ol” mövzusunda seminar keçirilib. Seminarda universitetin bir qrup akademik heyət üzvü, tələbə və magistrantları iştirak ediblər.

 

MDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Günel Kərimli və tələbəsi Kənan Mustafayev təqdimatla çıxış edərək, iş həyatında uğuru şərtləndirən və rəqabətə davamlı olmağın başlıca amilləri, insan resurslarının səmərəli idarə edilməsi və müsahibəyə hazırlıq barədə fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıblar.

 

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.