Mərkəzi Aran RTİ-nin Ağdaş şəhəri S.Vurğun adına 1 nömrəli tam orta məktəbində ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında “Narkomaniyaya yox deyək!" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

 

Mərkəzi Aran RTİ-dən aldığımız məlumata görə, iki mərhələdə keçirilən müsabiqədə 60-dan çox şagird iştirak edib.

 

Müsabiqənin məqsədi şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar barədə maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.

 

Sonda qalib olan şagirdlər Ağdaş rayonu üzrə təhsil sektoru tərəfindən Fəxri Fərmanla təltif olunublar.