2022/2023-cü tədris ilinin payız semestri üzrə mübadilə proqramı ilə Rumıniyanın Dunarea de Jos Galati Universitetində təhsil alan Gəncə Dövlət Universitetinin (GDU) tələbələri- Cavid Tanrıverdiyev və İsmayıl Vəlizadə artıq vətənə dönüblər.

 

Universitetdən bildirilib ki,  rektor Yusif Yusibov mübadilə proqramını müvəffəqiyyətlə başa vuran tələbələrlə görüşərək onları təbrik edib, gənclərə uğurlar arzulayıb.

 

Qeyd edək ki, GDU tələbələri Avropa Komissiyasının “Erasmus+” proqramının  KA1 beynəlxalq kredit mobilliyi layihəsi vasitəsilə Rumıniyada təhsil almaq hüququ qazanmışdılar.