Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının dəstəyi ilə Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyi tərəfindən tədbir  keçirilib. Tədbirdə birliyin sədri Gülgün Rzayeva, filialın direktoru Yusif Alıyev, Humanitar və sosial elmlər fakültəsinin Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, AGMA-nın sədri Rüfət Əsədzadə, Quba şəhəri 7 nömrəli tam orta məktəbin müəllimi İlahə Zülfüqarova çıxış ediblər.

 

Çıxışlarda ana dilini qorumağın vacibliyi, son zamanlar dilimizdə baş verən dəyişikliklər, ədəbi dil normalarının tez-tez pozulması hallarının artması, bunun qarşısının alınmasının zəruriliyindən söz açılıb.

 

Tədbir Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimlərini bir araya toplayaraq ana dilinin qorunması mövzusunda fikir mübadiləsi aparmaq və bu istiqamətdə bir hərəkat formalaşdırmaq məqsədilə  keçirilib. 

 

Tədbir diskussiya şəklində başa çatıb.

 

Şakir CƏFƏROV