Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin  nəzdində fəaliyyət göstərən “Ecoreview” Ekoloqlar Klubunun təşkilatçılığı ilə GEOCLIC Erasmus+ layihəsi çərçivəsində reallaşan “Ecopeisaje” foto müsabiqəsinə yekun vurulub və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.  

 

Diqqətə çatdırılıb ki, Azərbaycan Gəncləri Gününə həsr olunmuş müsabiqə gənclərin ətraf mühitə diqqətini artırmaq, fotoqraflıq və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.

 

Müsabiqədə MDU-nun və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər. Münsiflər heyətinin qərarı əsasında müsabiqədə İsmayıllı Dövlət Peşə Təhsil mərkəzinin tələbəsi Cəmilə Cəfərova birinci, MDU-nun tələbələrindən Səbuhi Kərimov ikinci və Elgün Eyvazov üçüncü yerin sahibi olublar.

 

Qaliblərə diplom və hədiyyələr təqdim edilib.