Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.

 

RTİ-dən aldığımız məlumata görə,  şagirdlərin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə ümumi təhsil müəssisələrində idman həftəsi  çərçivəsində şagirdlərin iştirakı ilə gimnastik hərəkətlər, voleybol, futbol, “Şən startlar” yarışı, habelə “İdmançıların yarış hazırlığına psixoloji yanaşması” mövzusunda seminar keçirilib.

 

İdman həftəsi çərçivəsində ümumi təhsil müəssisələrində idman nailiyyətləri olan idmançılarla görüşlər olur.

 

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi martın 3-dək davam edəcək.

 

Qeyd edilib ki, layihə təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

 

Şakir CƏFƏROV