Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar sərgi təşkil olunub. 200-ə yaxın kitab, jurnal, konfrans materialının nümayiş olunduğu sərgidə miniatür kitablar da yer alıb. Həmçinin rus, ingilis, ərəb, fars dillərində ədəbiyyatlar nümayiş etdirilib.  

 

Universitetin professor-müəllim heyətinin, tələbələrinin elmi məqalələrinin yer aldığı sərgidə 100-dən çox qəzet məqaləsi, 50-dən çox jurnalda nəşr olunan 300-dən artıq elmi məqalə, dissertasiya işi sərgilənib.   Diqqətə çatdırılıb ki, publisistik məqalələrin əksəriyyəti “Şərq qapısı” “Nuh yurdu” Oğuz yurdu”, “Yeni fikir” qəzetlərində çap olunub.

 

Rektor Elbrus İsayev sərgini professor-müəllim heyətinin elmi potensialının üzə çıxarılması və tələbələrin mütaliə bacarığının qiymətləndirilməsi üçün mühüm amil kimi dəyərləndirib, müəllimlərə elmi və publisistik istiqamətdə araşdırmalarının davamlı olmasını tövsiyə edib.