Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universitetinin (METU) nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

 

Rektor Vilayət Vəliyev universitetdə son illər həyata keçirilən yeniliklərdən danışıb, Azərbaycanla Pakistanın texniki universitetləri arasında tədris və tədqiqat sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

 

METU nümayəndə heyətinin rəhbəri, tədqiqat, innovasiya və kommersiyalaşdırma üzrə prorektor Rizvan Riazın təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. Bildirib ki, METU innovasiya və startap ekosisteminin inkişafına xüsusi önəm verir.

 

Görüşdən sonra universitetlər arasında əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanıb.