Polşanın Vroclav (Wroclaw) Biznes Universitetinin əməkdaşları Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) olublar.

 

Ali təhsil sahəsində tərəfdaşların davamlı inkişafını təşviq etmək, o cümlədən mədəni mübadilə, akademik zənginləşmə və beynəlxalq əlaqələri gücləndirmək məqsədi daşıyan səfər çərçivəsində qonaqlar BMU ilə tanış olub, müəllim və tələbə heyəti ilə görüşüblər.

 

Görüşlərdə universitetin nümayəndələri - Paulina Katarzyna Graczyk və Dorota Gebaczyk tələbələr qarşısında “Voluntourism” və “Design Thinking” mövzuları üzrə geniş təqdimatlarla çıxış ediblər.

 

Bir həftə davam edən səfər zamanı qonaqlar üçün BMU-da təhsil alan əcnəbi tələbələrlə birgə Qobustan Milli Tarixi-Bədii Qoruğuna səfər də təşkil olunub.