Aşqarlar Kimyası İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olan bayram tədbiri keçirilib.

 

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, 8 noyabr 2020-ci il Azərbaycanın tarixinə şanlı Zəfər Günü olaraq keçən, Qarabağa qovuşduğumuz tarixi gündür. Sentyabrın 27-də başlayan, 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı və parlaq səhifəsinə çevrildi. Çünki 30 illik erməni işğalına son qoyuldu.

 

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının gənc mütəxəssisi – Leyla Vahidzadə “Qalib ölkənin Qələbə sevinci” adlı təqdimatla çıxış edib.  İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev isə Vətən müharibəsində ordunun gücündən, xalqın birliyindən, dövlətin müharibə şəhidləri və qazilərinə göstərdiyi qayğı və diqqətdən bəhs edib. Qeyd edib  ki, Zəfəri qazanmaq qədər onu qorumaq da şərəfli bir borcdur: “Bu şərəfli vəzifə bizə və bizdən sonra gələcək nəsillərə aiddir. Biz də hər birimiz bu Vətənin övladı olaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın, Qarabağ torpaqlarının yenidən çiçəklənməsi üçün əlimizdən gələni etməliyik”.