"Təhsil" Respublika İdman Mərkəzinin 11 nömrəli uşaq-gənclər idman məktəbində Zəfər Günü ilə bağlı tədbir keçirilib.

 

Tədbirdə çıxış edən məktəbin direktoru Natiq Ələkbərov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində bütün döyüş əməliyyatlarının yüksək səviyyədə həyata keçirilməsindən və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına torpaqlarımızın azad edilməsindən danışıb, Zəfər Günü münasibəti ilə hamını təbrik edib. Məktəbin məşqçi müəllimlərinin çıxışlarından, bayram təbriklərindən sonra şahmat, stolüstü-tennis, boks, basketbol və futbol idman növləri üzrə turnir keçirilib.

 

Turnirin sonunda 1-ci, 2-ci, 3-cü yerləri tutan idmançılar diplom və medallarla mükafatlandırılıb.

 

Rəşad ZİYADOV