Bakı Dövlət Universiteti (BDU) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.

 

Noyabrın 11-də açılışı olan sərgidə BDU-nun Elmi Kitabxanasında qorunan kitablar, qiymətli nəşrlər, professor-müəllim heyətinin Azərbaycan, rus, ingilis və türk dillərində nəşr etdirdiyi kitablar nümayiş olunur. Stenddə, həmçinin universitetin “Kitab Evi”nin nəşri olan dərslik və dərs vəsaitləri, elmi xəbərlər, konfrans materialları da sərgilənir.

 

BDU-nun stendində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Zəfər Gününə həsr edilən kitablardan ibarət güşə daha maraqla qarşılanıb.

 

BDU haqqında videoçarxın nümayişi məktəbli kitabsevərlərin xüsusi diqqətinə səbəb olub.

 

Ziyarətçilərə stenddə nümayiş etdirilən nəşrlər barədə məlumat verilib, üzərində BDU-nun loqosu olan çap məhsulları, bloknot, buklet və qeyd vərəqləri hədiyyə olunub.

 

IX Bakı Beynəlxalq Kitab Sərgisi noyabrın 15-dək davam edəcək.