Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aqrar iqtisadiyyat fakültəsində professor-müəllim heyəti üçün seminar keçirilib.

 

Türkiyənin Ege Universitetinin professoru Murat Boyacı tərəfindən keçirilən seminar "Aqrar sahənin inkişafı və məsləhət xidmətlərinin gücləndirilməsi" mövzusunda olub.
Qarşılıqlı müzakirə formasında baş tutan seminarda aqrar sahənin rolu, bu  sahənin inkişafında aqrar məsləhət xidmətinin tutduğu mövqe və perspektiv imkanlarının qiymətləndirilməsi müzakirə olunub.