Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və nümayəndə heyəti Türkiyənin İstanbul Texniki Universitetinə (İTU) səfər edib.

 

Səfər zamanı BDU və İTU arasında anlaşma memorandumu və “Erasmus” mübadilə protokolu imzalanıb.

 

Anlaşma memorandumuna əsasən, qarşılıqlı məqbul olan sahələr çərçivəsində müəllim və tədqiqatçı alimlərin, elmi materialların və məlumatların mübadiləsi, birgə tədqiqat layihələrinin aparılması, ikili diplom proqramları üzrə əməkdaşlıq həyata keçiriləcək.

 

Görüşdə növbəti ilin fevral ayından BDU və İTU arasında “Erasmus” mübadilə proqramına başlanılması da qərara alınıb.