Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransı (NASCO XXVI) 8 bölmədə öz işini davam etdirir.  Bunlar “Riyaziyyat və İKT”, “Tibb elmləri”, “Mühəndislik”, “Təbiət elmləri”, “İqtisadiyyat və idarəetmə”, “Pedaqogika və psixologiya”, “Tarix, fəlsəfə, hüquq, siyasi elmlər və sosiologiya”, “Filologiya və mədəniyyətşünaslıq” bölmələridir.  

 

Bölmə iclaslarında adıçəkilən sahələr üzrə gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələri təqdim və müzakirə olunur.  Bölmələrdə 220-yə qədər elmi məruzə dinləniləcək.