Bakı Avropa Liseyində "Elm məktəbi" adlı layihə icra olunur.

 

Layihə Bakı Avropa Liseyi ilə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu arasındakı ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilir.

 

Bakı Avropa Liseyinin fizika müəllimi Nəzakət Qasımovanın rəhbərlik etdiyi layihənin əsas məqsədi gələcəyin gənc alimlərini yetişdirmək və elm axınına təşviq etməkdir.