Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tovuz rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib.


Festivalın keçirilməsinin əsas töhfələrindən biri də kənd təsərrüfatı sahəsində özəl şirkətlərlə, kooperativlərlə, assosasiyalarla iş birliyinin yaranması, təcrübə mübadiləsinin həyata keçirilməsidir.



Festivalın rəsmi açılış hissəsində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Aydın Hüseynov və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış ediblər.


Festivalın ənənəsinə uyğun olaraq kənd təsərrüfatı məhsullarının sərgi və nümayişi ilə yanaşı, sahənin prioritet mövzularına dair fermerlərin maarifləndirilməsi istiqamətində təlim keçirilib. Təlim heyvandarlıqda tənəffüs yollarının xəstəlikləri və müalicəsi mövzularını əhatə edib.


Festivalda, həmçinin Azərbaycan Dövlət Aqrar Universiteti də öz stendi ilə təmsil olunub.