Peşəkarlarla tələbələrin görüşü təşkil olunub


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Buziness Club” və “Archeda Group”un təşkilatçılığı ilə “Dizayn dediyin belə olar!” adlı təlim-seminar keçirilib.

 

200-ə yaxın tələbənin iştirak etdiyi seminarın məqsədi “Dizayn” ixtisası üzrə təhsil alan tələbələri bu sahənin incəlikləri, yenilikləri ilə bağlı məlumatlandırmaq olub.

 

THİK-in sədri Şahmar Rəfili belə təlim xarakterli seminarların keçirilməsinin universitetdə artıq ənənə halını aldığını vurğulayıb, tələbələrin öz ixtisaslarını daha yaxşı mənimsəmələrinə, ixtisasları üzrə gələcək fəaliyyətlərinə və praktiki vərdişlərə yiyələnmələrinə müsbət təsir edə biləcəyini vurğulayıb.

 

Təlimdə AzMİU-nun məzunu, dizayner Afaq Həşimli və Mustafa Yusifov çıxış ediblər. Hazırkı dövrdə dizayn inkişafının tendensiyalarından, dizaynın sosial sferada rolundan danışıblar.

 

Daha sonra Əsmər Zöhrablı interyer dizayn, Aytac İsmayılzadə isə qrafik dizayn üzrə tələbələrə təlim keçiblər. İş qabiliyyəti ilə yanaşı, zövqü, ideyaları formalaşdıran dizayn sahəsində daha sürətli inkişaf etməyin sirləri izah olunub.

 

Tələbələrlə diskussiya şəklində davam edən seminarda onları maraqlandıran suallar da cavablandırılıb.

 

Qeyd edək ki, 2024/2025-ci tədris ilindən başlayaraq AzMİU-da dizayn fakültəsi yaradılacaq və universitetin memarlıq fakültəsinin tərkibində tədris olunan dizayn ixtisasları yeni fakültəyə veriləcək.