T.İsmayılov adına 6 nömrəli məktəb-lisey həmişə öz ənənələri ilə seçilən təhsil  ocağı olub. Bu yaxınlarda məktəb-liseydə ingilis dili müəllimi Əsmər Abbasovanın rəhbərlik etdiyi 5b sinfi xeyriyyə aksiyası keçirib. Şagirdlərdə yardımsevərlik, hümanizm və milli-mənəvi dəyərlərə hörmət aşılamaq məqsədi ilə təşkil olunmuş bu xeyriyyə tədbirinin keçirilməsi vətənin bütövlüyü, torpaqlarımızın mənfur düşmənlərdən azad olunması uğrunda şəhadətə ucalan oğulların ailə üzvlərinə, həmçinin sağlamlığını itirmiş qazilərə dəstək prinsipinə əsaslanıb.

 

Bu xüsusda  “Yaşat” xeyriyyə yarmarkasından əldə edilmiş məbləğ ( 1530 azn ) “Yaşat fondu”na ianə olunub. Məktəbin şagirdlərinin adıçəkilən layihədə fəal iştirakı, məktəb-liseyin direktoru G.Orucovanın və şagirlərin valideynlərinin bu bu xeyriyyə marafonuna dəstəyi yüksək qiymətləndirilib.