Azərbaycan Texnologiya Universiteti (UTECA) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında görüş keçirilib.

 

UTECA-nın rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun iştirakı ilə baş tutan görüşdə əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.
 

Görüş çərçivəsində TİF-in sədri UTECA-nın maddi-texniki bazası ilə yaxından tanış olub.