Respublika Fənn Olimpiadalarında (RFO) iştirak üçün 62 759 şagird elektron qaydada qeydiyyatdan keçib. Elektron müraciətlər https://portal.edu.az/ platformasının “Müsabiqə və olimpiadalar” bölməsi vasitəsilə aparılıb.

 

Qeyd edək ki, RFO-nun rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16-da (8-9-cu siniflər) və 17-də  (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.