Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə BDU-nun İslam Əməkdaşlıq Təşkilatı Modeli (Model of Organization İslamic Cooperation – MOİC) klubunun məlumat sessiyası keçirilib.   

 

Sessiyada çıxış edən beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov BDU ilə İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi arasındakı bu proqram çərçivəsində olan əməkdaşlığı yüksək qiymətləndirib. Gənclərin beynəlxalq platformalara çıxışı üçün yaradılan şəraitin səmərəliliyindən və imkanlarından söz açıb.  

 

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin İcraçı direktoru Vüsal Qurbanov Mərkəzin fəaliyyət istiqamətləri, İƏT modelinin universitetlərdə öyrənilməsinin effektivliyi və tələbələrin beynəlxalq sistemlə bağlı məlumatlılığının artırılmasındakı rolundan danışıb.   

 

Sessiya tələbələri maraqlandıran sualların cavablandırılması və diskussiya ilə davam edib.