Ucar rayonu, Alpı kənd tam orta məktəbinin direktoru Səidə Quliyeva 2-ci dəfədir,  qrant layihəsinin qalibi olur.

 

1-ci layihə IV qrant müsabiqəsində fərdi kateqoriyadan "Həmkardan həmkara dəstək" layihəsi idi. 2-ci layihə VII qrant müsabiqəsində ümumtəhsil​ kateqoriyasından "Məktəbin savadlı maliyyəçiləri" dərnəyinin yaradılmasıdır.

 

Layihənin əsas məqsədi​ ucqar kənd məktəbindəki  şagirdlərin qənaət və israf, pulun tarixi, büdcə anlayışı mövzularında maarifləndirilməsi və onların müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılması ilə maliyyə savadlılığının inkişaf etdirilməsinə yardımçı olmaqdır.

 

Layihə təbliğat işləri, təlim-görüş, müsabiqə, dərnəklərin yaradılması və hesabat dövrünü əhatə edəcək.

 

Layihə üzrə 4 kənd məktəbinin 60 şagirdi ilə 2 qrup şəklində, ümumilikdə 5 gün ərzində 30 saatlıq təlimlər təşkil olunacaq. Bu təlimlər zamanı məktəblilərə aşağıdakı mövzular üzrə təlimlər təşkil ediləcək:

- ilkin iqtisadi - maliyyə savadlılığının artırılması;
- pul nişanları;
- qənaət və israf;
- pulun tarixi;
- büdcə anlayışı.
 

Qeyd edilmiş mövzularda maarifləndirici təlimlər keçiriləcək, əyani vəsaitlər paylanılacaq.

 

Həmçinin təlim iştirakçılarından maliyyə savadlılığı barədə növbəti mərhələ üçün –təqdimat, inşa və digər kiçik layihələr təqdim etmək təklif olunacaq.

 

Təlimlər bitdikdən sonra xüsusi yaradılmış jurilərin köməyi ilə ən maraqlı təqdimat, inşa və digər kiçik layihələr mükafatlandırılacaq. Müsabiqə iştirakçılarının işləri layihənin sonunda çap olunacaq, jurnalda ətraflı şəkildə işıqlandırılacaq.

 

Təlimlər və müsabiqə bitdikdən sonra layihənin davamlılığını təmin etmək üçün iştirakçı 4 kənd məktəbində “Məktəbin savadlı maliyyəçiləri” dərnəyi yaradılacaq.