Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələri arasında 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.

 

Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tərəfindən kubokla təlitf edilib. Həmçinin BDU komandası Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Spartakiadada I yer tutduğuna və digər uğurlarına görə təltif olunub.

 

Qeyd edək ki, BDU ATİAHİ RK tərəfindən keçirilən 6 idman növü üzrə Spartakiadanın 4-ündə qalib gəlib, həmçinin stolüstü oyunlarda da müxtəlif dərəcələr əldə edib.