Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) seçki hüquqlarına dair maarifləndirici seminar keçirilib.

 

TGT-nin sədri Cavanşir Abdullayev ATGTİ-nin Üzvlərlə iş üzrə meneceri Rüfət Rüstəmovun moderatorluğu ilə keçirilən seminar haqqında məlumat verib.

 

Daha sonra Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü İlham Məmmədov dinləyicilər qarşısında çıxış edərək bildirib ki, seminarın keçirilməsində əsas məqsəd gəncləri seçki sistemi, seçicilərin hüquq və vəzifələri barədə maarifləndirmək, onların biliklərini artırmaqdır.

 

Tədbir zamanı gənclərə hüquqi məsləhətlər verilib, onların mövzu ilə bağlı sualları cavablandırılıb.