Rusiyalı kosmonavt Oleq Kononenko kosmosda 878 gün qalaraq dünya rekordunu təzələyib.

 

Bu barədə “TASS” məlumat yayıb.

 

59 yaşlı O.Kononenko kosmosda 878 gün qalaraq 2015-ci ildə dünya rekorduna imza atmış rusiyalı Gennadi Padalkanı geridə qoyub.

 

Qeyd edək ki, O.Kononenko 2008-ci ildən Beynəlxalq Kosmik Stansiyaya beş səyahət edib.

 

Azərtac