İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə tədqiqatlar davam etdirilir.
 
İnstitutdan "Azərbaycan müəllimi"nə bildirilib ki, bu məqsədlə OLAP texnologiyalarının intellektuallaşdırılması problemlərinin tədqiqi, neyron şəbəkələrdən istifadə edilməklə OLAP texnologiyaların intellektual imkanlarının genişləndirilməsi, elektron dövlət platformasında paylanmış smart OLAP sisteminin arxitektura-texnoloji modelinin işlənməsi istiqamətində araşdırmalar aparılır.