Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Whelp və Olpay şirkətlərinin həmtəsisçisi və baş icraçı direktoru Seymur Rəsulovun rəhbərliyi ilə “Yaradıcı olun” adlı seminar keçirilib.

 

Seminarda universitetin tələbələri və professor-müəllim heyəti iştirak edib. Seminar çərçivəsində digər əlaqəli mövzularla yanaşı, müasir dövrün ən mühüm bacarıqlarından olan “Yaradıcılıq” bacarığının inkişafı ilə bağlı müzakirələr aparılıb. Peşəkar yönümlü seminarda tələbələrin karyera yolları ilə bağlı sualları cavablandırılıb.

 

Sonda S.Rəsulov tövsiyə olunan kitab və məqalələri müzakirə edib, öz təcrübələrini auditoriya ilə bölüşüb.