Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları ilə “Elsevier” və “Informascope” şirkətlərinin nümayəndələri arasında görüş keçirilib.

 

Görüşdə “Elsevier” şirkətinin Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə tədqiqat meneceri Ayhan Akanay Saracoğlu, “Informascope” şirkətinin icraçı direktoru Kıvanç Çınar iştirak ediblər.

 

Xarici nümayəndələr BDU əməkdaşlarına təmsil etdikləri şirkətlər və onların fəaliyyət istiqamətləri ilə bağlı  məlumat verib, “Scopus” və “SciVal” məlumat bazaları vasitəsi ilə BDU-nun tədqiqat performansına dair təqdimat ediblər. Daha sonra isə BDU ilə “Elsevier” və “Informascope” şirkətlərinin nümayəndələri arasında  mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.